Modern.az

Dünyanın ən yaşlı cütlüyü toylarının 80 illiyini qeyd etdi - FOTO

Dünyanın ən yaşlı cütlüyü toylarının 80 illiyini qeyd etdi - FOTO

Dünya

12 Aprel 2020, 13:00

Dünyanın ən qocaman ailə cütlüyü – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta nikahlarının 80 illiyini qeyd edib.

 

Modern.az CNN telekanalına istinadla xəbər verir ki, Con həyat yoldaşı Şarlottanı ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində keçirilən təntənəli mərasimə 1920-ci il modelli ikiyerlik avtomobillə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

 

Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1940-cı ildə ailə həyatı qurublar.

 

Dekabrın 16-da ailə cütlüyünün ümumi yaşı 211 il və 175 günə çatıb. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...