Modern.az

Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi

Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı mesaj verdi

Dünya

Bu gün, 09:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qarşıdan gələn 13-cü sammiti ilə bağlı açıqlamasında türk dünyası ölkələrinin qardaşlıq əlaqələrini pozmaq cəhdləri qarşısında birliyini qoruyacağına əminliyini ifadə edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

“Türk dünyası birliyini qoruyacaq”

Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü sammiti ərəfəsində çıxış edərək türk dünyası ölkələri arasında mövcud qardaşlıq əlaqələrini pozmağa yönələn cəhdlərə toxunub.

Türkiyə lideri belə cəhdlərə baxmayaraq, türk dünyası ölkələrinin birliyini qoruyacağına əmin olduğunu bildirib.

Türkiyənin Aralıq dənizindəki maraqları

Ərdoğan Türkiyənin digər ölkələrlə qarşıdurma yaratmaq niyyətində olmadığını da vurğulayıb.

Onun sözlərinə görə, Ankara Şərqi Aralıq dənizinin dəniz zonalarında öz hüquq və maraqlarını qorumağı hədəfləyir.

“Türkiyə küçə etirazlarına tabe olmayacaq”

Türkiyə Prezidenti ölkədəki daxili siyasi vəziyyətə də münasibət bildirib.

O, bir sıra Avropa ölkələrində keçirilən etirazlar fonunda Türkiyədə də oxşar hadisələrin baş verə biləcəyini düşünənlərə xəbərdarlıq edib.

Ərdoğan vurğulayıb ki, Türkiyə siyasi iradəsinin küçə etirazlarına tabe edilməsinə imkan verməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə həbslər başladı - Bakıya hücum edənlər cəzalandırılır