Tayvanın müdafiə naziri Vellinqton Ku Çini adaya qarşı informasiya və psixoloji təsir kampaniyası aparmaqda ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nazir bildirib ki, Pekinin Tayvanın İkinci Dünya müharibəsindən sonra Yaponiyanın idarəçiliyindən çıxmasının ildönümü münasibətilə keçirdiyi tədbirlər siyasi məqsəd daşıyır.
Çin tərəfi bu münasibətlə Taybeyin yüksəkkeyfiyyətli peyk görüntülərini və hərbi texnikaların təsvir olunduğu təbliğat materiallarını yayımlayıb.
Tayvan rəsmisi Pekinin adanı güc yolu ilə öz nəzarətinə keçirmək niyyətindən imtina etmədiyini vurğulayıb.