Modern.az

İnsanlar başqalarının səhvinə niyə gülür?

İnsanlar başqalarının səhvinə niyə gülür?

Dünya

Bu gün, 04:47

İnsanlar özlərini başqalarından üstün hiss etdikləri üçün başqalarının səhvlərinə və gülünc hərəkətlərinə gülə bilərlər.

Modern.az xəbər verir ki, psixoloqların sözlərinə görə, gülüşün insan sağlamlığına və uzunömürlülüyünə təsiri haqqında çox yazılıb. Gülüş immuniteti gücləndirir, immunoqlobulinin səviyyəsinin yüksəlməsinə kömək edir, kortizol və adrenalinin səviyyəsini azaldır, qan damarlarını genişləndirir, gərginliyi aradan qaldırır, rahatlamağa kömək edir, qan dövranını yaxşılaşdırır və mühüm sosial rol oynayır.

Mütəxəssislər bildirir ki, bununla yanaşı, gülüşün səbəbləri müxtəlif ola bilər. Məsələn, insanlar tez-tez başqalarının səhvlərinə, eləcə də yöndəmsiz vəziyyətlərinə və gülünc situasiyalara gülürlər. Mütəxəssislər belə reaksiyanı çox vaxt üstünlük nəzəriyyəsi ilə izah edirlər.

Psixoloqların fikrincə, insan başqasını gülünc vəziyyətdə görəndə dərhal özü ilə hadisənin iştirakçısı arasındakı fərqləri görür. Bu, dofaminlə əlaqəli üstünlük hissi, eləcə də xoşagəlməz hadisənin özünün deyil, başqasının başına gəlməsindən duyulan və endorfinlə əlaqələndirilən sevinc yarada bilər.

Ekspertlər həmçinin başqalarının uğursuzluqlarına gülməklə empatiya arasında əlaqəyə diqqət çəkiblər. Başqalarının hisslərini anlamaq və onlara şərik olmaq qabiliyyəti inkişaf etmiş insanlar ətrafdakıların səhvlərinə daha az gülürlər.

Mütəxəssislər qeyd edir ki, insanın belə vəziyyətlərdə davranışı psixoloqlara onun empatiya qabiliyyətini qiymətləndirmək üçün müəyyən göstərici ola bilər. Xüsusilə, bu reaksiya insanın empatiya tələb edən işlərə uyğun olub-olmadığını və ya penitensiar sistem də daxil olmaqla, başqa fəaliyyət sahələrini nəzərdən keçirməsinin daha məqsədəuyğun olub-olmadığını anlamağa kömək edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?