Modern.az

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Dünya

Bu gün, 09:38

Türkiyənin İstanbul bölgəsinin Bakıköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 68 şübhəli barəsində həbs qərarı qəbul olunub.

Modern.az xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, Bakıköy rayon Prokurorluğunun açıqlamasına əsasən, bələdiyyə sədrliyinin həyata keçirdiyi mal və xidmət alışı mübahisələrində qayda pozuntusu edilərək dövlət zərərinə törədilən iş üzrə araşdırma aparılıb. Məlum olub ki, iş yeri fəaliyyət lisenziyası almaq istəyən sahibkarlardan qanunazidd şəkildə pul tələb edilib, istənilən pulu ödəməyənlərin lisenziya əməliyyatları isə qəsdən süründürməyə salınıb.

Məlumata görə, bu istiqamətdə 42 məsələ üzrə iş araşdırılıb.

Bildirilib ki, müəyyənləşən 68 şübhəli barəsində tutulma, saxlanma, ifadə alınma, axtarış və müsadirə əməliyyatlarının həyata keçirilməsi məqsədilə İstanbul əyaləti Jandarma Komandanlığı Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinə göstəriş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə həbslər başladı - Bakıya hücum edənlər cəzalandırılır