Modern.az

Boliviyada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var  

Boliviyada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var  

Dünya

3 May 2020, 08:49

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus kiçik təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Pagina Siete” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Beni departamentində qəzaya uğrayan təyyarə Santa-Krus şəhəri istiqamətində hərəkət edirmiş. Təyyarədə altı nəfər – iki pilot və vətənlərinə qayıtmaları üçün beynəlxalq hava limanına çatdırılmalı olan dörd ispaniyalı sərnişin olub.

 

İnsidentin səbəbləri araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV