Modern.az

Məşhur Çaki obrazının yaradıcısı özünə qəsd etdi

Məşhur Çaki obrazının yaradıcısı özünə qəsd etdi

Dünya

3 May 2020, 09:01

“Uşaq oyunu” qorxulu filminin ssenaristi və “Uşaq oyunları 2” filminin rejissoru Con Lafiya intihar edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. Lafiya 64 yaşında olub.

 

Filmlərin baş qəhrəmanı Çaki obrazını və orada işlədilən məşhur “Salam, mən Çakiyəm! Oynayaq?” frazasını məhz Con Lafiya düşünüb.

 

“Uşaq oyunları” filmi ilə yanaşı, Lafiya “Mavi iquana”, “İnsanın ən yaxşı dostu”, “Siçovul” və digər filmlərin və serialların rejissoru olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV