Modern.az

Daha bir ölkədə COVID-19-a yoluxanların sayı 1 milyonu KEÇDİ

Daha bir ölkədə COVID-19-a yoluxanların sayı 1 milyonu KEÇDİ

Dünya

20 İyun 2020, 09:31

Braziliyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, son məlumatlara görə 1 032 913 insan yoluxub. Son sutka ərzində 54 771 nəfər COVID-19-a tutulub. Bu son günlər ərzində ən böyük yoluxma göstəricisidir.

 

Epidemiya başlayandan bəri Braziliyada 48 954 nəfər ölüb. COVID-19-dan sağalanların sayı 507 200 nəfərə çatıb.

ABŞ Con Hopkins Universitetinin məlumatına görə, yoluxanların sayına görə, ilk yerdə ABŞ (2 218 457 nəfər) qərarlaşıb.  

 

 

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır