Modern.az

“Ətrafımda çoxu koronavirusa yoluxub” - Putin

“Ətrafımda çoxu koronavirusa yoluxub” - Putin

Dünya

13 Sentyabr 2021, 17:35

Rusiya Prezidenti Vladimir Putin ətrafında çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putin paralimpiyaçılarla görüşündə bildirib.

 

“Təəssüf ki, bizdə, hətta mənim çevrəmdə COVİD-lə bağlı problemlər meydana çıxır”, - deyə Putin vurğulayıb.

 

Reallıqda nə baş verdiyini araşdırmaq lazım gəldiyini qeyd edən Rusiya lideri “Mənim özümə də tezliklə karantin lazım gələcək, həddən çox insanlar xəstələnir” - deyə bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!