Modern.az

Girov götürülən məmur və jurnalist AZAD EDİLDİ

Girov götürülən məmur və jurnalist AZAD EDİLDİ

Dünya

23 Mart 2022, 09:57

Rusiya qüvvələri günlərlə girovluqda olan ukraynalı məmuru və bir jurnalisti azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb.

 

"Ukrinform" agentliyi yerli siyasətçiyə istinadən bildirir ki, Sumı vilayətinin məmuru Serhiy Kiriçko bir həftə zirzəmidə saxlanıldıqdan sonra çərşənbə axşamı azad edilib.

 

Ukraynanın “Hromadske” kanalının jurnalisti isə Viktoriya Roşçina 9 günlük girovluqdan sonra bazar ertəsi azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri