Modern.az

Rusiya müharibə strategiyasını dəyişdi - Ukraynanı nə gözləyir?

Rusiya müharibə strategiyasını dəyişdi - Ukraynanı nə gözləyir?

Dünya

28 Mart 2022, 11:33

Rusiya Federasiyası müharibə strategiyasını dəyişir, yaxın gələcəkdə Ukraynanın müxtəlif bölgələrinə raket zərbələri endirməyə çalışacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko məlumat verib.

 

Onun sözlərinə görə, martın sonunda işğalçılar Lvov, Dubno və Lutskdakı neft bazalarına hücum ediblər. Bunu nəzərə alaraq, Rusiyanın hərbi əməliyyatlarının strategiyasının dəyişdirilməsini demək olar.

 

"Deyə bilərik ki, bu, taktika deyil, strategiyadır. Bu, ümumilikdə Rusiyanın hərbi əməliyyatlarının strategiyasında dəyişiklikdir", - deyə nazirin müşaviri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı