Modern.az

Zelenski və Putin Qüdsdə görüşə bilər

Zelenski və Putin Qüdsdə görüşə bilər

Dünya

20 Aprel 2022, 12:57

İsrail Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında mümkün görüşə ev sahibliyi etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi TASS-a müsahibəsində bildirib.  

 

Diplomat Rusiya və Ukrayna tərəfinə liderlərin görüşü barədə təklif irəli sürüb: "Biz Qüdsdə belə bir görüşü keçirməkdən şərəf duyarıq".  

 

Qeyd edək ki, bundan öncə Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşü təklif olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?