Modern.az

Zaxarovadan NATO-ya ittihamlar

Zaxarovadan NATO-ya ittihamlar

Dünya

20 Aprel 2022, 17:30

NATO-ya üzv ölkələr Ukraynada xüsusi əməliyyatın aktiv fazasını gecikdirmək, hərbi texnika və silah tədarükünü artırmaq üçün hər şeyi edirlər.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, NATO üzvləri Ukraynada hərbi əməliyyatları dayandırmaq əvəzinə Ukraynanın Luqansk və Donetskə hücumlarını artırmağa kömək edirlər.

 

Zaxarova onu da bildirib ki, Rusiya xüsusi hərbi əməliyyata başlayandan bəri Ukrayna hakimiyyəti 63 ölkədən 7 minə yaxın xarici muzdlunu döyüşlərə cəlb edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?