Modern.az

Rusların kökünü kəsmək istəyən baş nazirə Moskvadan CAVAB

Rusların kökünü kəsmək istəyən baş nazirə Moskvadan CAVAB

Dünya

13 May 2022, 10:25

Rusiya Dövlət Dumasının sədr müavini İrina Yarovaya Polşanın Baş naziri Mateusz Morawieckinin "rus dünyasının kökünün kəsilməsi" ilə bağlı tvitinə cavab verib. 

 

Modern.az xəbər verir ki, İrina Yarovaya baş nazirin fikirlərini cinayət adlandırıb və belə bəyanat verməyin ayıb olduğunu söyləyib.

 

Polşa Baş naziri Mateusz Morawieckinin Rusiya ilə bağlı qalmaqallı paylaşımında qeyd olunub: "Rus Dünyası bütün Avropa üçün ölümcül təhlükə yaradan xərçəng xəstəliyidir. Ona görə də Rusiyaya qarşı hərbi mübarizəsində Ukraynaya dəstək vermək kifayət deyil. Biz bu dəhşətli yeni xəstəliyin kökünü tamamilə kəsməliyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?