Modern.az

Ermənistandan konkret addımlar gözləyirik - Ərdoğan

Ermənistandan konkret addımlar gözləyirik - Ərdoğan

Dünya

25 İyul 2022, 23:41

Ermənistandan münasibətlərin normallaşması üçün konkret addımlar gözləyirik.

 

Modern az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, Türkiyənin yeganə "qırmızı xətti" Azərbaycan olub.

 

"Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var", - Ərdoğan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri