Modern.az

25 hərbçinin meyiti Ukraynaya qaytarılıb

25 hərbçinin meyiti Ukraynaya qaytarılıb

Dünya

26 İyul 2022, 13:30

Daha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, meyitlərin qaytarılması prosesi itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın güc strukturlarınının iştirakı ilə həyata keçirilib.

 

Həmçinin qeyd olunub ki, nəşlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...