Modern.az

Rusiyada bir ayda yoluxma 50%-dən çox artıb

Rusiyada bir ayda yoluxma 50%-dən çox artıb

Dünya

26 İyul 2022, 23:51

Rusiyada son bir ay ərzində 44 min koronavirusa yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri hökumətin yaydığı statistikaya istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, bu rəqəm ötən ayla müqayisədə 50.2% çoxdur.

 

Məlumata görə, Rusiya Federasiyasının 17 regionunda yoluxma hallarının artması müşahidə olunur.

 

Yoluxma sayının artması omikron ştammının yeni variantlarının yayılması fonunda baş verir. İki həftə ərzində BA.4 və BA.5 variantları ilə yoluxmaların nisbəti 75,39%, BA.2.75 variantı ilə 0,16% təşkil edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı