Modern.az

Filippin Rusiyadan helikopter almaqdan imtina etdi

Filippin Rusiyadan helikopter almaqdan imtina etdi

Dünya

27 İyul 2022, 18:17

Filippin hakimiyyəti Rusiyadan hərbi helikopter almaqdan imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə AP agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Filippin 16 ədəd Mi-17 helikopteri almaq üçün 2021-ci ildə Rusiya ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 227 milyon dollardır.

 

Mənbələr bildirir ki, Filippin ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün müqaviləni ləğv etmək niyyətindədir. Hələlik rəsmi qərar olmasa da, müqavilənin tezliklə ləğv ediləcəyi vurğulanıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...