Modern.az

İki helikopter toqquşdu- Ölən və yaralananlar var

İki helikopter toqquşdu- Ölən və yaralananlar var

Dünya

2 Yanvar 2023, 13:01

Avstraliyanın Qızıl Sahil adlı turizm mərkəzində yerləşən "Seaworld" parkı yaxınlığındakı çimərlikdə iki helikopter toqquşub.

 

Modern.az xəbər verir ki, baş verən hadisədə 4 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 8 nəfər yaralanıb.

 

Hadisə yerinə xeyli təcili yardım xidməti və xilasetmə qrupu göndərilib.

 

Polis qəzanın necə baş verdiyi ilə bağlı məlumat verib. Bildirilib ki, qəza helikopterlərdən birinin enməsi, digərinin isə havaya qalxması zamanı baş verib.

 

Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?