Modern.az

Seldə itkin düşən uşağın meyiti tapıldı

Seldə itkin düşən uşağın meyiti tapıldı

Dünya

20 Mart 2023, 23:25

Türkiyənin Adıyaman vilayətində sel nəticəsində itkin düşən bir yaş yarımlıq uşağın meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Uşağın anasının cəsədi isə bu gün səhər saatlarında aşkarlanıb.

 

Bundan əvvəl Fatma Tekdal və qızı Zeynep Zümranın itkin düşdüyü bildirilirdi.

 

Qeyd edək ki, Türkiyədə sel nəticəsində 20-dən çox insan həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...