Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Klaar özünün sosial media hesabında məlumat yayıb.
Görüş Brüsseldə keçirilib və danışıqların məzmunu açıqlanmayıb. "Çavuşoğlu ilə Brüsseldə görüşməkdən şərəf duyuram", - deyə Klaar qeyd edib.
Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveçin təşkilatçılığı ilə Türkiyə və Suriyaya yardım üçün Beynəlxalq Donorlar Konfransı keçirilib.