Modern.az

Rusiyalı deputat döyüşdə ÖLDÜRÜLDÜ

Rusiyalı deputat döyüşdə ÖLDÜRÜLDÜ

Dünya

25 Aprel 2023, 21:45

Rusiyanın Xakasiya bölgəsinin Ali Sovetinin Kommunist partiyasından olan deputatı Dmitri İvanov Ukraynada döyüş bölgəsində öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Xakasiya qubernatoru Valentin Konovalov məlumat yayıb.

 

Deputat "Vaqner" muzdlularının tərkibində döyüşlərdə iştirak edib.

 

Qeyd edək ki, Dmitri İvanov 1976-cı ildə anadan olub. 2018-ci ildə Kommunist partiyasından Xakasiya Ali Sovetinə deputat seçilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!