Modern.az

Patriarx Kiril "qara siyahı"ya salındı 

Patriarx Kiril "qara siyahı"ya salındı 

Dünya

26 Aprel 2023, 18:10

Çexiya Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

O, Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibəni dəstəkləməkdə ittiham olunur.

 

Kirilin Çexiyaya girişi, Çexiya strukturları vasitəsilə hər hansı maliyyə əməliyyatları aparması qadağan edilir və onun ölkədəki aktivləri dondurulur.

 

Qeyd edək ki, bundan əvvəl Kanada və Britaniya da Patriarx Kirilə sanksiya tətbiq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı