Modern.az

Zelenski Makronla DANIŞDI

Zelenski Makronla DANIŞDI

Dünya

30 Aprel 2023, 17:16

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisindən bildirilib.

 

"Biz Ukraynanın sülh düsturuna dəstəyini gücləndirmək üçün digər beynəlxalq tərəfdaşlarla işləmək sahəsində əməkdaşlığı müzakirə etdik. Biz mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqelərimizi razılaşdırdıq və ikitərəfli dialoq çərçivəsində növbəti konkret addımlar barədə razılığa gəldik", - Zelenski söyləyib.

 

Prezident, həmçinin may-iyun aylarında cəbhədəki vəziyyət və onun inkişaf perspektivləri haqqında ətraflı məlumat verib. O, Ukrayna müdafiə qüvvələrinin prioritet ehtiyaclarına diqqət çəkib. Ukrayna prezidentinin sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrinə güclü zirehli paket verildiyini təsdiqləyib.

 

Prezidentlər sonuncu dəfə aprelin 15-də Makronun Çinə səfərindən sonra demək olar ki, bir saat yarım danışıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV