Modern.az

Zelenski Trüdo ilə vacib danışıqlar apardı

Zelenski Trüdo ilə vacib danışıqlar apardı

Dünya

1 May 2023, 19:09

Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

 

Tərəflər telefon danışığı zamanı müdafiə sahəsində əməkdaşlıq proqramını müzakirə edib.

 

Zelenski Rusiyanın aktivlərinin müsadirəsinin başlandığını qeyd edib və Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

 

Trüdo və Zelenski NATO sammiti və digər beynəlxalq tədbirlər ərəfəsində mövqelərini razılaşdırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?