Modern.az

Kolomina İrəvana səfərindən YAZDI

Kolomina İrəvana səfərindən YAZDI

Dünya

24 May 2023, 10:16

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfərinin nəticələrini dəyərləndirib.

 

Modern.az xəbər verir ki, Kolomina bu barədə tviter səhifəsində yazıb.

 

"İrəvanda baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Qriqoryanla yaxşı görüşlər keçirdim. Ermənistan-NATO əməkdaşlığının genişləndirilməsi yolları və regional təhlükəsizlik dinamikası, xüsusən son danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib", - o qeyd edib.

 

Xatırladaq ki, Kolomina mayın 25-də Azərbaycana səfər edəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV