Modern.az

Rusiya Dnepri vurdu

Rusiya Dnepri vurdu

Dünya

4 İyun 2023, 09:10

Rusiya Ukraynanın Dnepr şəhəri yaxınlığına zərbə endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergiy Lısak bildirib. Onun sözlərinə görə, Rusiyanın hücumu nəticəsində eyniadlı rayonun Podqorodnenski icmasında 20 nəfər yaralanıb.

 

Lısak ümumilikdə 17 nəfərin xəstəxanaya yerləşdirildiyini və yaralılar arasında 5 uşağın olduğunu bildirib. Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

 

Qeyd edək ki, yaralılardan əlavə, dağıntılar altında qalanların olduğu da bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı