Modern.az

Türkiyədə mədəndə PARTLAYIŞ

Türkiyədə mədəndə PARTLAYIŞ

Dünya

4 İyun 2023, 14:19

Türkiyənin Elazığ şəhərində mədəndə partlayış olub, nəticədə çökmə baş verib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, fəhlələrdən biri uçurumun altında qalaraq ölüb, bir işçi isə yaralanıb.

 

Hadisə yerinə təcili yardım, jandarma və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları sövq edilib.

 

Uçqun altında qalaraq ölənin Remzi Tahtac adlı şəxs olduğu müəyyən edilib. Yaralı isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər