Modern.az

Türkiyə ordusundan SƏRT CAVAB: 7 terrorçu məhv edildi 

Türkiyə ordusundan SƏRT CAVAB: 7 terrorçu məhv edildi 

Dünya

11 İyun 2023, 21:21

Xəbər verdiyimiz kimi, PKK terrorçuları Suriya ərazisindən Türkiyəyə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə Müdafiə Nazirliyi də təsdiq edib.

 

Bildirilir ki, zərbələr zamanı heç kim xəsarət almayıb. 

 

Türkiyə ordusu terrorçulara sərt cavab verib. Hərbçilərin gördüyü tədbirlər nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Silahlılara məxsus qərargahın dağıdıldığı bildirilir.

 

"Mehmetçik terrorçulara aid bir çox hədəfi effektiv şəkildə vurmağa davam edir", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı