Modern.az

Ukraynaya daha 5 "Patriot" göndəriləcək

Ukraynaya daha 5 "Patriot" göndəriləcək

Dünya

12 İyun 2023, 12:08

ABŞ gələn ilin sonuna qədər Ukraynaya daha 5 ədəd "Patriot" hava hücumundan müdafiə sistemi təhvil verməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

 

Bildirilir ki, sistemin istehsalçısı “Raytheon Technologies” şirkəti hava hücumundan müdafiə sistemlərinin istehsalını ildə 12 ədədə çatdırmaq niyyətindədir. Məlumatı şirkətin icraçı direktoru Qreq Hayes təsdiqləyib.

 

Qeyd edək ki, hazırda Ukraynada iki "Patriot" sistemi fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir