Modern.az

Fransada güclü zəlzələ: Yüzlərlə ev dağıldı, yaralılar var

Fransada güclü zəlzələ: Yüzlərlə ev dağıldı, yaralılar var

Dünya

18 İyun 2023, 09:49

Fransada 5,2-5,8 bal gücündə zəlzələ baş verib.

 

Modern.az Fransa mediasına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə bina yaşayış üçün yararsız hala düşüb, 2 nəfər xəsarət alıb.

 

Des Sevr şəhərində Sahilyanı Şaranta bölgəsinin xüsusilə zərər çəkdiyi bildirilib. Zəlzələ səbəbindən 170-ə yaxın insan təxliyə edilib. Yaşayış binaları, məktəb və kilsələrə ziyan dəyib.

 

Qeyd edək ki, Fransada maqnitudası beşdən çox olan zəlzələlər nadir hallarda olub. Bu tip sonuncu zəlzələ 2019-cu ilin noyabrında baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV