Modern.az

Britaniya Ukraynaya 3 milyard dollar yardım edəcək

Britaniya Ukraynaya 3 milyard dollar yardım edəcək

Dünya

21 İyun 2023, 13:24

Britaniya yaxın üç il ərzində Ukraynaya 3 milyard dollar məbləğində maliyyə yardımı edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynanın Yenidənqurma Konfransı zamanı deyib.

 

“Üç il ərzində biz 3 milyard dollar dəyərində kredit zəmanəti verəcəyik", - o deyib.

 

Sunak biznes platformasının qurulmasının vacibliyini qeyd edib. Bildirilib ki, platforma Ukraynaya lazım olan innovasiyaları və investisiyaları cəlb edə biləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları