Modern.az

Dünya Bankı Kiyevə 1.75 milyard dollar ayırdı

Dünya Bankı Kiyevə 1.75 milyard dollar ayırdı

Dünya

22 İyun 2023, 08:00

Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yardım ayırdığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə bankın bəyanatında deyilir.

 

Yardım paketinə Böyük Britaniyanın zəmanəti ilə maliyyə qurumundan 500 milyon dollarlıq kredit, 1,25 milyard ABŞ dolları məbləğində qrant və Finlandiyadan 15 milyon dollar məbləğində qrant daxildir.

 

Kiyev həmin vəsaitdən pensiyaların ödənilməsi, sosial yardım proqramlarının həyata keçirilməsi və dövlət işçilərinə maaşların ödənilməsi üçün istifadə edəcək.

 

Qeyd edək ki, keçən ilin iyun ayından bəri Dünya Bankı yardım proqramı çərçivəsində Kiyevə 19,745 milyard dollar ayırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!