Modern.az

Baydenin oğlu mühakimə olunacaq

Baydenin oğlu mühakimə olunacaq

Dünya

22 İyun 2023, 08:16

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden iyulun 26-da Delaver ştatında məhkəmə qarşısına çıxacaq.


Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məhkəmə materiallarına istinadla məlumat yayıb.

 

Hanter Bayden iki vergi cinayətində, habelə silah saxlama qaydalarını pozmaqda təqsirini etiraf edib.


Silahla bağlı araşdırma 2018-ci ildə, onun “Colt Cobra” tapançasının olduğu və narkotik qəbul etdiyi məlum olan zaman başlayıb. Həmin dövrdə Baydenin oğlu hökumət orqanlarının vergi ödəmək barədə tələblərinə də məhəl qoymayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!