Modern.az

Ukrayna Britaniya raketləri ilə Krıma zərbə endirdi

Ukrayna Britaniya raketləri ilə Krıma zərbə endirdi

Dünya

22 İyun 2023, 09:22

Ukrayna ordusu Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqram kanalında yazıb.

 

Onun sözlərinə görə, hücum zamanı itki qeydə alınmayıb.

 

Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ilə Krım arasındakı inzibati sərhəddəki körpülərə zərbələr endirmək üçün Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edib. Sözügedən raketləri Kiyevə London verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!