Modern.az

Yaşar Gülər özbək həmkarı ilə danışıqlar apardı 

Yaşar Gülər özbək həmkarı ilə danışıqlar apardı 

Dünya

23 İyun 2023, 23:49

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə Özbəkistanın müdafiə naziri general-leytenant Bahadır Kurbanov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Kurbanov yeni vəzifəsi münasibətilə Güləri təbrik edib.

 

Telefon danışığı zamanı ikitərəfli münasibətlərin qardaşlıq hüququ əsasında inkişaf etdirilməsi və dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində ortaq iradə və əzmkarlıq vurğulanıb.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı