ABŞ Ukraynaya kaset sursatları göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
O, Amerika mediasının kaset sursatların Ukraynaya təhvil veriləcəyi ilə bağlı məlumatını təsdiqləyib.
Sallivanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu silahlardan “öz ərazilərində, öz əhalisi üçün riskləri minimuma endirməklə” istifadə edəcək.
Müşavir vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynada kaset mərmilərin istifadəsinin mülki əhali üçün risklər daşıdığını qəbul edir və buna görə də onların ötürülməsi qərarını indiyədək təxirə salıb. O vurğulayıb ki, Birləşmiş Ştatlar Kiyevdən kaset sursatlardan "ehtiyatla" istifadə ediləcəyinə dair yazılı zəmanət alıb.