Modern.az

Boris Conson səkkizinci dəfə ata oldu

Boris Conson səkkizinci dəfə ata oldu

Dünya

12 İyul 2023, 01:00

Britaniyanın sabiq baş naziri Boris Conson növbəti dəfə ata olub.

 

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Karrie Conson özünün "Instagram" hesabında məlumat yayıb.

 

O qeyd edib ki, Frank Alfred Odisseus Conson adını verdikləri uşaq iyulun 5-də dünyaya gəlib.

 

Onun indiyə qədər ən azı səkkiz uşağının olduğu məlumdur. Siyasətçinin keçmiş həyat yoldaşı Marina Uilerdən dörd, digər həyat yoldaşı Helen Makintayrdan isə bir övladı var.

 

Sonuncu doğulan uşaq Consonun hazırkı həyat yoldaşından olan 3-cü uşağıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV