Modern.az

Təbii fəlakət 100-dən çox insanın ölümünə səbəb oldu

Təbii fəlakət 100-dən çox insanın ölümünə səbəb oldu

Dünya

12 İyul 2023, 08:46

Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

 

Təbii hadisədən daha çox Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarında nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb.

 

Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub. Hazırda yağışlar, demək olar, dayanıb.

 

Hazırda xilasetmə və bərpa işləri aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV