Modern.az

Baş nazir Saakaşvili üçün həkim göndərdi

Baş nazir Saakaşvili üçün həkim göndərdi

Dünya

12 İyul 2023, 23:19

Polşanın Baş naziri Mateuş Moravetski Gürcüstanın sabiq prezident Mixail Saakaşvilini müayinə etmək üçün həkimlər göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

 

“Biz dostlarımızı darda qoymuruq. Mənim xahişimlə həkimlərdən ibarət yardım qrupu Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb”, - baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV