Modern.az

Putin yanıldı - Baydendən Moskvaya mesaj

Putin yanıldı - Baydendən Moskvaya mesaj

Dünya

12 İyul 2023, 23:33

Ukraynada müharibəyə başlayan Rusiya prezidenti Vladimir Putin NATO-nun qətiyyətini lazımi səviyyədə qiymətləndirməyib.

 

Modern.az xəbər verir ki, bunu NATO sammitindən sonra Vilnüsdə çıxış edən ABŞ prezidenti Co Bayden bildirib.

 

Onun sözlərinə görə, bu gün NATO tarixində heç zaman olmadığı qədər daha güclü və enerjilidir.

 

“O (Vladimir Putin. — red.) NATO-nun parçalanacağına ümid edirdi. NATO-nun dağılacağını düşünürdü. İlk sınaqda birliyimizin sarsılacağını düşünürdü. O, demokratik liderlərin zəifləyəcəyini düşünürdü. Lakin o, yanıldı”, - deyə Bayden qeyd edib.

 

Amerika prezidenti qeyd edib ki, Qərb dövlətləri Ukraynaya dəstəklə bağlı mövqeyini dəyişməyəcək: “Hazırda etdiyimiz seçimlər dünyamızın gələcək onilliklər üçün istiqamətini müəyyən edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır