Modern.az

Pakistan hökuməti istefa verəcək - Baş nazir açıqladı

Pakistan hökuməti istefa verəcək - Baş nazir açıqladı

Dünya

13 İyul 2023, 15:28

Pakistan hökuməti Milli Assambleyanın səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

 

Onun sözlərinə görə, hökumətin istefası avqust ayına planlaşdırılır. 

 

“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək. Bu da Pakistanda növbəti seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Seçkilərin tarixini Mərkəzi Seçki Komissiyası müəyyənləşdirəcək”, - deyə Baş nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV