Modern.az

Britaniya rusiyalı məmurları "qara siyahı"ya saldı

Britaniya rusiyalı məmurları "qara siyahı"ya saldı

Dünya

17 İyul 2023, 14:44

Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyaları genişləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov, Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka ərazisinin rəhbəri Vladimir Solodov, Moskva vilayəti hökumətinin sədr müavini Vyaçeslav Duhin, jurnalist Anton Krasovski və siyasi strateq Timofey Sergeytsev "qara siyahı"ya salınıb.

 

Sanksiya siyahısında, həmçinin regional qurumların nümayəndələrinin adları da var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?