Modern.az

52 dərəcə isti qeydə alındı - REKORD

52 dərəcə isti qeydə alındı - REKORD

Dünya

17 İyul 2023, 16:52

Çində yay fəsli üçün rekord istilər qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, Sincan-Uyğur muxtar rayonu ərazisində termometrlər 52,2 dərəcəni göstərib.

 

“Ən yüksək temperatur iyulun 16-da Sincan-Uyğur muxtar rayonunun Turfan dairəsində müşahidə edilib. Burada havanın hərarəti ilin bu dövrü üçün yüksək temperatur rekordunu yeniləyərək 52,2 dərəcəyə çatıb”, - Çin Meteorologiya İdarəsinin məlumatında deyilir.

 

İyun ayından etibarən Çinin şimal hissəsində anomal istilər müşahidə olunur. Bu dövrdə beş isti hava dalğası qeydə alınıb. Ümumiyyətlə, Çində son 60 ilin ən çoxsaylı isti günləri hökm sürür. Paytaxt Pekində iyunun əvvəlindən bəri havanın temperaturu 18 gün 35 dərəcəni, 4 gün isə 40 dərəcəni ötüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...