Modern.az

Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

Koçaryanın ailə üzvləri Baş Prokurorluğa çağırıldı

Dünya

18 İyul 2023, 13:12

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ailəsinin bütün üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə rəsmi bildirişlərin yer aldığı “Azdarar” portalı məlumat yayıb.

 

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub. Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 milyon dollar olan vəsait və 10 milyard dramlıq qiymətli kağızlardan gedir.

 

Məlumata görə, Koçaryanın ölkədə və xarici şirkətlərdəki payları da bura daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV