Modern.az

Müharibə uzun, qanlı və çətin olacaq - GENERAL

Müharibə uzun, qanlı və çətin olacaq - GENERAL

Dünya

18 İyul 2023, 23:44

Ukraynanın əks-hücum əməliyyatı uğursuzluqdan uzaqdır, lakin qarşıdan gələn döyüş uzun və qanlı olacaq.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.

 

“Əks-hücum yavaşladı. Niyə? Çünki kağız üzərindəki müharibə ilə həqiqi müharibə arasında fərq var”, - general Milli mətbuat brifinqində deyib.

 

O vurğulayıb ki, qarşıda hələ çox döyüşlər var: "Mən əvvəllər dediklərimizin üstündə dayanıram: bu, uzun bir döyüş olacaq. Çətin olacaq. Qanlı olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu