Modern.az

Krımda partlayış - Sakinləri təxliyə olunur

Krımda partlayış - Sakinləri təxliyə olunur

Dünya

19 İyul 2023, 09:08

İşğal altında olan Krım regionunun qondarma rəhbərliyi yanan silah-sursat anbarının yaxınlığındakı dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.

 

Modern.az xəbər verir ki, bu barədə regionun qondarma rəhbəri Sergey Aksenov bildirib.

 

O, yarımadanın şərqində yerləşən poliqon ətrafındakı ərazilərdən dörd yaşayış məntəqəsinin 2 min sakininin təxliyə olunacağını açıqlayıb.

 

Məlumata görə, hazırda Kirovski rayonundakı təlim poliqonunda Rusiya ordusunun silah-sursat anbarı yanır. Yanğına güclü partlayış səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır