Modern.az

ABŞ rəsmiləri Talibançılarla görüşəcək

ABŞ rəsmiləri “Taliban”çılarla görüşəcək

Dünya

27 İyul 2023, 13:40

ABŞ rəsmiləri Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının nümayəndələri ilə görüşəcək

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters“ ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

 

Görüş Qətərin paytaxtı Dohadada keçiriləcək. Danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest və Əfqan qadınlar, qızlar və insan haqları üzrə xüsusi nümayəndə Rina Amiri iştirak edəcək.

 

Tərəflər Əfqanıstan üçün humanitar dəstək, təhlükəsizlik, qadın haqları, iqtisadi sabitlik və narkotik maddələrin istehsalı və qaçaqmalçılığı ilə mübarizə səyləri ilə bağlı müzakirə aparacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu