Modern.az

Ukraynada seçkilər təxirə SALINDI

Ukraynada seçkilər təxirə SALINDI

Dünya

27 İyul 2023, 15:44

Ukrayna Ali Radası hərbi vəziyyətin səkkizinci dəfə 90 gün, 2023-cü ilin noyabrın 16-dək uzadılmasına qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə parlamentin deputatı Oleksiy Qonçarenko "Teleqram" kanalında məlumat yayıb.

 

O, oktyabrın sonuna təyin edilmiş parlament seçkilərinin təxirə salınacağını bildirib. Həmçinin ölkədə ümumi səfərbərlik müddəti üç ay müddətinə uzadılıb.

 

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl hərbi əməliyyatlar bitməmiş parlament və prezident seçkilərinin keçirilməyəcəyini bəyan etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu