Modern.az

Polşa “Vaqner”ə görə hərbçilərin sayını 2 dəfə ARTIRIR

Polşa “Vaqner”ə görə hərbçilərin sayını 2 dəfə ARTIRIR

Dünya

28 İyul 2023, 08:55

Polşa “Vaqner” muzdlularının və Belarusdakı Rusiya əsgərlərinin fəallığı fonunda nizami ordusunu iki dəfə artırmaq niyyətindədir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski bildirib.

 

Onun sözlərinə görə, ölkədə hazırkı üç diviziya əvəzinə yeddi diviziya yaradılacaq, onlardan altısı döyüş, yeddincisi isə ehtiyatda olacaq.

 

"Biz hərbi hissələri bərpa edirik, yenilərini yaradırıq. İndi yenisi - altıncı diviziya yaradılır", - Kaçinski deyib.

 

O, qeyd edib ki, Varşava NATO-nun şərq cinahında sipər olmaq üçün Avropanın ən güclü quru ordusunu yaratmağa çalışır.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu